AZ

Anar Rzayev: Avtobus parkının ekoloji təmiz nəqliyyat vasitələri sayəsində yenilənməsi sürətləndiriləcək

Bakı, 28 yanvar, AZƏRTAC

Hazırda Bakı şəhəri üzrə marşrut xətlərində ümumilkdə 2300-ə yaxın avtobus istismar edilir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masada bildirib.

Onun sözlərinə görə, avtobus parkının mərhələli qaydada yenilənməsi prosesi çərçivəsində ötən il ərzində Bakıya 400-ə yaxın avtobus gətirilib.

“Ötən il ölkə üzrə ümumilikdə 600-dən artıq avtobusun yenilənməsi həyata keçirilib. Bu ildən xüsusi "İctimai Nəqliyyat" büdcə fondunun yaradılması və daşıyıcılarla brutto-müqavilə sisteminə keçid avtobus parkının ekoloji təmiz nəqliyyat vasitələri sayəsində yenilənməsini sürətləndirəcək”, - deyə AYNA sədri vurğulayıb.

 

Seçilən
28
3
azertag.az

10Mənbələr