ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
“Köhnə və yeni bina olmasından asılı olmayaraq, həm mənzillər, həm də qeyri-yaşayış və torpaq sahələri, o cümlədən fərdi yaşayış evləri qiymətində artım var”. Qiymət artımında ən çox nəzərə çarpan dəyişiklik torpaq sahələrində və “katlavan”dan, yəni bünövrədən tikilən binalardadır”.
Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc 525.az-a bildirib. O qeyd edib ki, daşınmaz əmlak artıq yaşayış və ya biznes məqsədilə icarəyə götürmək üçün yox, investisiya istiqaməti kimi formalaşıb. Vətəndaşlar və sahibkarlar ən aktual investisiya mənbəyi kimi bu istiqamətə üstünlük verirlər. Bu sahəyə marağın əsas səbəbi daşınmaz əmlakın ikiqat qazanc imkanı yaratmasıdır.
Vüqar Orucun sözlərinə görə, dünyada digər investisiya sahələri populyar olsa da, hazırda daşınmaz əmlak hələ də investisiya cazibədarlığı baxımından liderliyini qoruyub saxlayır.
Sevinc Qarayeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.