AZ

"Xankəndi" paytaxt klubuna qarşı

Azərbaycan 2-ci Liqa təmsilçisi "Xankəndi" mövsümün ikinci hissəsinə hazırlığını davam etdirir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, çempionatın turnir cədvəlində lider "Qaradağ Lökbatan"dan əlavə göstəricilərə görə geri qalan (hər iki komandanın 39 xalı var) Qarabağ təmsilçisi 1-ci Liqa komandası "Səbail" ilə yoxlama oyununa çıxacaq.

Qarşılaşma bu gün - yanvarın 28-də baş tutacaq. Tərəflər Bayılda üz-üzə gələcəklər. "ASCO Arena"da keçiriləcəj oyun saat 20:00-da start götürəcək.

Qeyd edək ki, "Səbail" 1-ci Liqanın turnir cədvəlində 3-cü pillədə mövqe tutub. Paytaxt təmsilçisinin 22 xalı var və lider "Şəfa"dan 8 xal geri qalır. 

Mirağa

Seçilən
9
fanat.az

1Mənbələr