AZ

İran müzakirə üçün müraciət etməyib – Əraqçi

Bakı. Trend:

İran ABŞ ilə müzakirə aparmaq üçün müraciət etməyib.

Trend-inməlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçibu gün Tehranda Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərəverdiyi açıqlamada deyib.

Onun sözlərinə görə, son günlərdə İran xarici işlər naziri iləABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında əlaqəqurulmayıb.

Əraqçi bildirib ki, bəzi ölkələr vasitəçi olaraq müzakirələrüçün səy və məsləhətləşmə aparmaqdadırlar. Həmin ölkələrlə İrantəmasdadır.

“ABŞ müzakirə istəyirsə, təhdid şəraitində müzakirədən söhbətetmək olmaz. Müzakirənin özünün situasiyası vardır və bərabər vəqarşılıqlı hörmət prinsipi ilə həyata keçirilə bilər”, - deyə oqeyd edib.

Qeyd edək ki, 2025-ci il 12, 19, 26 aprel, 11 may və 23 maytarixlərində İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədardolayı müzakirələrin 5 raundu keçirilib. Dolayı müzakirələr OmanKrallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidininvasitəçiliyi, İran nümayəndə heyətinə xarici işlər naziri SeyidAbbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərqməsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilətəşkil olunub. Müzakirələrin 1, 3 və 4-cü raundu Oman paytaxtıMəsqətdə, 2-ci və 5-ci raundu isə İtaliya paytaxtı Romada baştutub.

Xatırladaq ki, 2025-ci il 13 iyun səhər saatlarında İsrail İranahərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu saydayüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksəksəviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı iləİsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumlarıedib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhvedildiyi qeyd olunub.

Məqalədə:
Seçilən
52
36
az.trend.az

10Mənbələr