
Kamçatka sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka şöbəsinin Telegram kanalında məlumat verilib.
Dərc olunmuş məlumata görə, zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 200 km aralıda, 46,5 km dərinlikdə yerləşib.
Zəlzələnin hiss olunması barədə heç bir məlumat verilməyib.
Məryəm Quliyeva