İran ABŞ-la danışıqlar üçün heç bir təklif və ya xahiş irəli sürməyib.
APA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi jurnalistlərə açıqlamasında deyib.
“ABŞ-la danışıqlar üçün heç bir xahişimiz olmayıb. Lakin üçüncü tərəflər vasitəçilik üçün səy göstərirlər və biz onlarla kontaktdayıq”,- Əraqçi bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranın danışıqlar aparmaq istədiyini bəyan edib.