AZ

İranda İsrailin xeyrinə casusluqda ittiham olunan şəxs edam edilib

Bakı, 28 yanvar, AZƏRTAC

İranda İsrailin xeyrinə casusluqda ittiham edilən ölkə vətəndaşı edam olunub.

AZƏRTAC xəbər verir ki, “Mehr” xəbər agentliyinin məlumatına görə, 2025-ci il aprelin 28-də həbs edilən Həmid Rza Sabet İsmailpurun “Mossad” kəşfiyyat xidməti ilə əməkdaşlığı sübut olunub. O, İsrail kəşfiyyatının zabiti ilə əlaqə saxlayıb, ona məxfi məlumat və sənədlər ötürüb.

Edam hökmü İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra edilib.

Seçilən
23
1
azertag.az

2Mənbələr