Salyandakı avtoqəzada xəsarət alanların kimliyi müəyyənləşib.
"Report"un Aran bürosunun məlumatına görə, həmin şəxslər Salyan rayon Quyçu kənd sakinləri 1946-cı il təvəllüdlü Hüseynova Naibə Ağəli qızı, onun gəlini, 1969-cu il təvəllüdlü Hüseynova Dilarə Əlihüseyn qızıdır.
D.Hüseynovanın vəziyyətinin ağır olduğu bildirilir.
Digər xəsarət alan bir nəfər isə tibbi yardımdan imtina edib.
11:16
Salyan rayonunda baş verən avtomobil qəzasında xəsarət alanlar var.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının rayonun Seyidsadıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"BMW" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində hələlik şəxsiyyəti dəqiqləşdirilməyən üç nəfər xəsarət alıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"