AZ

Müasir dövrdə informasiyanın çoxluğu beyinə necə təsir edir?

Elm və texnologiyanın sürətlə inkişafı, şübhəsiz ki, öyrənilməli olan informasiyanı da artırmışdır. Əslində, bu proses ötən əsrin əvvəllərindən başlayıb, 2000-ci illərin əvvəllərində pik həddə çatmışdır və bu da, yadda saxlanmalı olan informasiya yükünü artırmışdır. Lakin sonra zamanlar süni intellektin inkişafı, insanların yadda saxlama ehtiyaclarını ciddi şəkildə təmin etdiyi üçün, müəyyən qədər beyin yükünü azaltmış görünə bilər, lakin, bir qədər də passivləşdirib.

Mövzu ilə bağlı Zahra klinikasının klinik psixoloqu Mirşahin Əlizadə E-saglam.az-a müsahibə verib. Həmin müsahibəni sizlərə təqdim edirik:

– Bu gün biz niyə informasiyanı bu qədər sürətlə və çox qəbul edirik? Beyin bu tempə uyğunlaşa bilirmi?

– Beyin istənilən vəziyyətə uyğunlaşa bilən möhtəşəm bir orqandır. Kainatın ən mükəmməl bioloji kompüteridir. Bu gün informasiya daha çox və toplu şəkildə bizə gəldiyi üçün, beynimiz hər şeyi çatdıra bilsin deyə, təbii olaraq sürətini də artırmışdır.

– İnformasiya yüklənməsi dedikdə əslində nə baş verir? Beyin bu yükü necə emal edir?

– Əslində informasiya yüklənməsi, müxtəlif mövzularla yüklənmiş beynin zehni qarışıqlığıdır, yəni düşüncələrdə yaranan xaotik vəziyyətdir. Beyin bədənimizin digər üzvləri kimi işləmədiyi üçün, fiziki olaraq onun yorulmasından söhbət gedə bilməz, sadəcə zehni qarışıqlıqdan danışıla bilər. Beynin bu yükü emal etmə prosesi isə olduqca maraqlıdır. Belə ki, İnsan dünyanı 5 duyğu üzvü vasitəsilə qəbul edir (görmə, eşitmə, iybilmə, dadbilmə, toxunma) və daxildə bu bilgiləri analiz edir, sintez edir, bəzilərini silir, bəzilərini təhrif edir, sonda isə ümumiləşdirir. Daha sonra bunu görmə, eşitmə yada toxunma kanallarının biri ilə ötürür. Yəni informasiya giriş, emal və çıxış kimi 3 fərqli mərhələdən keçir.

– Çox məlumat almaq yaddaşı gücləndirir, yoxsa əksinə zəiflədir?

Beyin və yaddaş işləndikcə itilənən bıçaq kimidir, ona nə qədər bilgi versənin, o qədər güclənər. Amma bir şərtlə ki, düzgün öyrənmə strategiyaları olsun. Yəni beynin təbii işləmə prinsiplərini bilib, ona uyğun davranmaq və öyrənmək lazımdır. Hər şeydən əvvəl, “Öyrənməyi öyrənmək” lazımdır.

– Ətrafımızda daim xəbər, sosial media, mesajlar… Bu axın diqqətimizi niyə bu qədər tez dağıdır?

– Beyin onun marağını daha çox cəlb edən şeylərə fokuslanmağa meyillidir. Bizim təməl öyrənmə strategiyalarımız yanlış olduğu üçün əziyyət çəkirik, asan şeyləri çətinləşdiririk, çünki necə edəcəyimizi bilmirik. Adi vaxtda 1 ilə öyrəniyiniz bir sahəni, əslində düzgün strategiyalarla 2-3, hətta 1 aya öyrənmək mümkündür. Biz bunları bilmədiyimizə görə, qaça bildiyimiz halda, “sürünürük”, bu proses insana əziyyət və stress verdiyi üçün, ona asan, əyləncəli və maraqlı gələn şeylərə beyin üz tutur; xəbərlərə, sosial mediaya, mesajlara, oyunlara və s..

– Fokusun zəifləməsi yalnız psixoloji məsələdir, yoxsa beyin fiziologiyası da buna təsir edir?

Hər ikisi də var. İnsan bioloji, psixoloji və sosial bir varlıqdır və bunların üçün də bir-biri ilə əlaqəlidir. Ruh sağlığı pis olanda da, fiziki xəstəliklər zamanı da diqqət yayınır. Həmçinin, beyin üçün zəruri vitamin, minerallar çatışmadıqda, qidalanma, yuxu rejimi yaxşı olmadıqda, bu yaddaşı və fokuslanmanı zəiflədə bilər. Lakin nəzərdən çıxarmaq olmaz ki, bunlar təyyarənin iki qanadı kimidir, hər biri balansda olmalıdır, həm zehin, həm bədən, həm də ruh.

– İnsan öz beyninin “dolduğunu” necə hiss edə bilər? Hansı əlamətlər var?

Heç cür hiss edə bilməz, heç bir əlaməti yoxdur, çünki, bu mümkün deyil 

– Bu informasiyanın bolluğu gündəlik həyatda ən çox hansı səhvlərə səbəb olur?

Faydalını faydasızdan seçməkdə çətinlik yaradır, bu da qərarsızlıq problemi ilə nəticələnir.

– Yaddaşı qorumaq və diqqəti bərpa etmək üçün sadə gündəlik vərdişlər hansılardır?

Düzgün qidalanmaq, yaxşı yatmaq və ən əsası, beyni düzgün işlətmək, xəyal qurmaq, yaddaş texnikalarını istifadə etmək.

– Telefon və sosial media istifadəsi məlumat yüklənməsini necə artırır? Bunun balansını tapmaq mümkündürmü?

Telefon və sosial media məlumat yüklənməsindən çox, beynin passivləşməsinə səbəb olur. Hər bir şeydə olduğu kimi, burda da onun balansını tapmaq mümkündür, bunun üçün müxtəlif metodlar var, mənim sınadığım və mütəmadi olaraq istifadə etdiyim metod, PSYCH-K® adlanır.

– İnsan beyninin məlumatla işləmə qabiliyyətini artırmaq üçün bir nəfərin bu gün başlaya biləcəyi ən praktik addım nədir?

– Ən effektiv və praktik addım, Fotoqrafik Yaddaş Texnikalarını® istifadə etməkdir. Çünki bu texnikalar, tamamilə beynin təbii işləmə prinsiplərinə əsaslanaraq, sağ və sol beyin yarım kürələrini eyni vaxtda işlədir və insanın möcüzəvi yaddaş gücünü aşkara çıxarır. 2014-cü ildən bəri, Dünya Yaddaş Olimpiadaları Federasiyasının üzvü olaraq, onlarla yarışda iştirak etmişəm və öz həyatımda bu texnikaları istifadə edən biri kimi deyə bilərəm ki, həyatımdakı uğurların böyük bir hissəsini bu metodlara borcluyam. Artıq 10 ildən çoxdur ki, bu təlimləri tədris edir, müxtəlif sahələrdən olan yüzlərlə insana öyrədir və çox gözəl geri dönüşlər alıram. Fotoqrafik Yaddaş Texnikaları®, fenomenal yaddaşa sahib olmağın ən sadə, rahat və effektiv yoludur.

Zahra klinikasında hansı xidmətlər var?

Fizioterapiya | Diyetologiya | Psixologiya | Reabilitasiya

Qeydiyyat üçün:  +994 558380911 / +994 502120290

Ünvan: Heydar Aliyev 66/68, Baku, Azerbaijan

Zahra klinikasının instagram səhifəsinə keçid: https://www.instagram.com/zahraclinic.az/

Mütəxəssisin instagram səhifəsinə keçid: https://www.instagram.com/mirshahinalizade/

E-saglam.az

Seçilən
12
e-saglam.az

1Mənbələr