Moskvanın Cənub inzibati dairəsinin prokurorluğu Hüseyn Həsənov barəsində həbs qətimkan tədbiri seçildiyini açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, blogerə cinayət yolu ilə əldə edilmiş vəsaitləri leqallaşdırmaq ittihamı irəli sürülüb və o, axtarışa verilib.
İstintaq müəyyən edib ki, fərdi sahibkar kimi fəaliyyət göstərən Həsənov faktiki gəlirlərini gizlədərək Rusiyanın dövlət büdcəsinə 170 milyondan çox rubl vergi ödəməyib.
Prokurorluq qeyd edir ki, qanunsuz yolla əldə edilmiş vəsaiti leqallaşdırmaq məqsədilə Həsənov bir neçə maliyyə əməliyyatı həyata keçirib və 1-ci Krasnoyarsk prospektində daşınmaz əmlak alqı-satqısı müqaviləsi bağlayıb. Müqavilənin ümumi dəyəri 68 milyondan çox rubldur.
Sara