AZ

Keçmiş birinci xanıma hökm OXUNDU

Yazını böyüt
Yazını kiçilt

Cənubi Koreyada birinci instansiya məhkəməsi ölkənin keçmiş birinci xanımı Kim Qon Hini antikorrupsiya qanunvericiliyini pozmaq ittihamı ilə 1 il 8 ay azadlıqdan məhrum edib.

Hafta.az xəbər verir ki, bu barədə YTN nəşri məlumat yayıb.

Məlumata görə, prokuror qrupu ona qarşı üç əsas ittiham irəli sürüb və iki ittiham üzrə günahsız bilinib.

Xatırladaq ki, Kim Qon Hi avtomobil dilerinin qiymətli kağızlarının dəyərini manipulyasiya etməkdə ittiham olunurdu. İstintaqın versiyasına görə, maxinasiya nəticəsində onun 810 milyon von (564 000 dollar) qazanc əldə etdiyi iddia edilirdi. Məhkəmə Kim Qon Hini bu ittiham üzrə günahsız hesab edirdi.

Bundan əlavə, prokurorluq onu seçkilərdən əvvəl özünün və ərinin maraqları naminə pulsuz sosial sorğular keçirməklə siyasi kampaniyanın maliyyələşdirilməsi qaydalarını pozmaqda ittiham edirdi. Məhkəmə qanun pozuntusuna dair hər hansı dəlilin olmadığı qənaətinə gəlmişdi.

Seçilən
16
hafta.az

1Mənbələr