Rusiya qoşunları gecə Odessa yaxınlığındakı "Yujnıy" limanının infrastrukturuna hücum ediblər. Zərbə nəticəsində bir neçə yanğın baş verib.
Bu barədə RBC-Ukrayna Ukraynanın Bərpası üzrə Baş nazirinin müavini və Ukraynanın İcmaların və Ərazilərin İnkişafı naziri Aleksey Kulebanın Telegram paylaşımına istinadən məlumat yayıb.
"Odessa bölgəsində Rusiya ordusu limana dronlarla zərbə endirib, logistika elementlərini məhv edib, anqarlara, lokomotivlərə və istehsalat binalarına ziyan vurub. Yanğın baş verib", - Kuleba qeyd edib.
Onun sözlərinə görə, təcili yardım xidmətləri və liman işçiləri bu səhərdən etibarən zərbənin nəticələrini aradan qaldırmağa davam edirlər.
Ukrayna Dəniz Limanları İdarəsi əlavə edib ki, "Yujnıy" limanına edilən hücum sənaye və dəmir yolu infrastrukturuna ziyan vurub.
QAZİLER.AZ