AZ

Qrenlandiya rəsmisindən adanın satışı ilə bağlı AÇIQLAMA

Yazını böyüt
Yazını kiçilt

"Qrenlandiyanın ABŞ-nin nəzarətinə keçmək ehtimalı ilə bağlı istənilən müzakirələr qəbuledilməzdir".

Hafta.az xəbər verir ki, bu barədə Qrenlandiya parlamentinin vitse-spikeri Bentiarak Ottosen "RİA Novosti"yə müsahibəsində bildirib:

"Qrenlandiya satılmır. Qrenlandiyalılar, Qrenlandiyadakı və Danimarkadakı vətəndaşlar üçün vəziyyət çox çətindir".

Onun sözlərinə görə, ABŞ tərəfindən səslənən bu cür bəyanatlar sakinlər arasında ciddi narahatlıq doğurur, onların çoxu xarici nəzarətdən ehtiyat edir. O vurğulayıb ki, adanın gələcəyi yalnız onun əhalisi tərəfindən müəyyən edilməlidir.

Seçilən
10
hafta.az

1Mənbələr