AZ

Ailə, yoxsa azadlıq? Gənclərin nikahdan qaçmasının köklü səbəbləri

Qaynarinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Bu gün insanlar ailə qurub məsuliyyəti üzərinə götürmək istəmirlər. Onlar cinsi ehtiyaclarını da ailəsiz ödəyə bilirlər”.

Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Mail Yaqub gənclərin ailə qurmaq istəməməsinin səbəblərindən danışarkən deyib. Onun sözlərinə görə, bu tendensiya təkcə Azərbaycanda deyil, bütün dünyada yayılıb:

"Bunun köklü səbəbləri var. Həyat getdikcə rəngarəngləşir. Qadınlar və kişilər bir-birinə daha əlçatan olur. Gənclərin ailə qurmamasının birinci səbəbi budur. Mənəvi-psixoloji ehtiyaca gəlincə, bəzi hallarda vətəndaş nikahına girirlər ki, rəsmi nikah olmasın və onlar sevgili kimi yaşasınlar. 1–5 il yaşayırlar, sonra isə istədikləri vaxt ayrılıb başqa həyat yaşasınlar. Bunun birinci köklü səbəbi müasir həyat tərzidir”.

Sosioloq hesab edir ki, müasir həyat tərzi rahat həyat yaşamağı, məsuliyyəti üzərinə götürməməyi diqtə edir:

"Ailə məsuliyyətdir, maddi və mənəvi-psixoloji öhdəlikdir. Xüsusilə də Azərbaycan kimi yerdə kişinin öhdəliyi daha çoxdur. Xanımına baxmalıdır, onun bütün maddi-mənəvi və psixoloji ehtiyaclarını təmin etməlidir. Gənc də fikirləşir ki, ailə qurub özünü niyə problemə salsın? "Həyatımı belə də yaşayıram da". Bu, təkcə bizdə deyil, Avropa ölkələrində də bu tendensiya dəhşətli dərəcədə yayılıb".

Mail Yaqub nikahdankənar doğulan uşaqların sayının artmasına da diqqət çəkib:

"Hətta nikahdankənar doğulan uşaqların sayı bəzi ölkələrdə 50–70%-ə qədər artıb. Doğulan uşaqların 70%-i nikahdankənar doğulanlardır, hansı ki, vətəndaş nikahından dünyaya gəlir. Bu tendensiya Azərbaycanda da dəhşətli dərəcədə yayılır. Son illərdə toyların sayı azalıb, vətəndaş nikahlarının sayı çoxalıb”.

Sosioloqun fikrincə, bu, ciddi həyəcan təbilidir:

"İkinci səbəb sosial-iqtisadi problemlərdir. Bir çox gənclər mənəvi-psixoloji baxımdan ailə qurmağa ehtiyac duyurlar. Amma toyların ağır, süni xərcləri, qız və oğlan evinin bir-birindən yüksək maddi gözləntiləri, bahalı cehiz, qızıl və s. – bunlar hamısı onların evlənməsinə problem yaradır. Ailə qurmağı sadələşdirməliyik. Lazım deyil təmtəraqla toy etmək, sadə toylarla da ailə qurmaq mümkündür. Əsas odur ki, bir-biri ilə xoşbəxt olsunlar”.

Bahar Rüstəmli

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
qaynarinfo.az

1Mənbələr