Bakı. Trend:
“Fənərbaxça” “Reyncers”in hücumçusu Yussef Çermitinintransferini reallaşdıra bilməyib.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, Türkiyə klubu Şotlandiya klubunun21 yaşlı forvardı üçün qarşı tərəfə 15 milyon avroluq təklifgöndərmişdi. Lakin Qlazqo təmsilçisi bunu geri çevirib.
Portuqaliyalı mərkəz hücumçusunun “Reyncers”lə müqavilə müddəti2029-cu il iyunun 30-na qədərdir.
O, karyerası ərzində “Sportinq” və “Everton” klublarında daoynayıb.