ain.az, 525.az portalına istinadən məlumat yayır.
“Gənclər üçün aşağı faizli və az ilkin ödənişli xüsusi ipoteka proqramları tətbiq edilməlidir”.
Bunu 525.az-a iqtisadçı ekspert Akif Nəsirli 525.az-a deyib.
Onun sözlərinə görə, ipotekanın ilkin ödənişin bir hissəsini dövlət dəstəkləyərsə və ya uzunmüddətli, faizsiz borc şəklində verilərsə, gənclərin yükünü qismən azalmış olar. Bank risklərini azaltmaq üçün dövlət zəmanəti mexanizmi də effektiv vasitə ola bilər. Bundan başqa, ailə üzvləri ilə birgə ipoteka imkanlarının genişləndirilməsi gənclərin kredit alma şansını artırar. Kirayədə yaşayan gənclər üçün ödənilən məbləğin gələcək ipotekaya sayılması kimi modellərin də praktik həll yolu kimi istifadəsiz mümkündür. Bu evsiz gənclərin ev probemini həll etmiş olar:
“İpoteka probleminin həlli yalnız gənclərin deyil, bütövlükdə iqtisadi və sosial siyasətin məsuliyyətidir. Dövlət, banklar və əmək bazarı arasında uyğunlaşdırılmış yanaşma olmadan ipotekanın gənclər üçün həqiqətən əlçatan olması çətin görünür”.
Sevinc Qarayeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.