ABŞ-nin Minnesota ştatının Minneapolis şəhərində Demokrat Partiyasından olan və somalili mənşəli konqres üzvü İlhan Omar naməlum şəxs tərəfindən hücuma məruz qalıb.
NOCOMMENT.az xəbər verir ki, hadisə onun ictimai çıxışı zamanı baş verib.
Məlumata görə, ilk sırada oturan kişi qəflətən ayağa qalxaraq podiuma doğru hücum edib. O, şprislə Omarın üzərinə kəskin sirkə qoxusu olan maye püskürdüb. Təhlükəsizlik əməkdaşı hücumçunu yerə yıxaraq, qolunu bağlayıb və zaldan çıxarıb.
“The Hill” nəşrinin məlumatına görə, bu insident Minneapolisdə ABŞ Prezidenti Donald Trampın antiimmiqrasiya siyasətinə etiraz edən aksiyalar zamanı baş verib. Hücum həmin vaxt konqres üzvü İlhan Omar daxili Təhlükəsizlik Nazirliyinin müdaxiləsini tənqid edərkən baş verib.
Aliyə