AZ

İran İsrailin xeyrinə casusluqda ittiham olunan şəxsi edam etdi

İran hakimiyyəti  İsrailin kəşfiyyat xidməti “Mossad” üçün casusluqda ittiham olunan Həmid Rza Səbət Əsmailipura qarşı verilmiş ölüm hökmünü icra edib.

NOCOMMENT.az xəbər verir ki, məlumatı ölkənin məhkəmə sistemi ilə əlaqəli Mizan agentliyi yayıb.

Rəsmi məlumatlara görə, Həmid Rza Səbət Əsmailipur 2025-ci il aprelin 29-da həbs olunub və xarici xüsusi xidmət orqanına gizli sənədlər və məlumatlar ötürdüyünə görə günahkar bilinib. Ölüm hökmü Ali Məhkəmə tərəfindən təsdiqlənib və asma yolu ilə icra olunub.

Qeyd edilir ki, İsrailin xeyrinə casusluq ittihamı ilə edamların sayı ötən ildən əhəmiyyətli dərəcədə artıb. Bu artım 2025-ci ilin iyununda iki ölkə arasında baş vermiş 12 günlük silahlı münaqişədən sonra diqqət çəkir.

Aliyə

Seçilən
19
nocomment.az

1Mənbələr