AZ

Azərbaycan banklarının xalis daxili aktivləri artıb, xarici aktivləri isə azalıb

Bakı. Trend:

Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycan banklarınınxalis xarici aktivləri 25,822 milyard manat təşkil edib.

TrendAzərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu,aylıq müqayisədə 2,3 milyard manat (-8,3%), ötən ilin yanvarın 1-nənisbətən isə 781,9 milyon manat (-2,9%) azdır.

Hesabat tarixinə bankların xalis daxili aktivləri isə 24,038milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 1,6 milyardmanat və ya 8,5%, ötən ilin yanvarın 1-nə nisbətən isə 4,1 milyardmanat və ya 20,8% çoxdur.

Hesabat dövrünə Azərbaycanda cəmi aktivləri 57,086 milyardmanat, cəmi öhdəlikləri 49,744 milyard manat, balans kapitalı 7,342milyard manat olan 22 bank fəaliyyət göstərir.

Məqalədə:
Seçilən
53
az.trend.az

1Mənbələr