AZ

Parlamentin İnsan hüquqları komitəsinin iclası keçirilir

BAKI, 28 yanvar. TELEQRAF

Milli Məclisin İnsan hüquqları komitəsinin yaz sessiyası üzrə növbəti iclası keçirilir.

Teleqraf xəbər verir ki, komitə iclasının bugünkü gündəliyinə iki məsələ daxil edilib.

Komitə üzvləri “Uşaq hüquqları haqqında” qanunun layihəsini (birinci oxunuş) müzakirəyə çıxarıb.

Eyni zamanda Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Sosial xidmət haqqında”, “Reklam haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”,“Uşaqların zərərli informasiyadan qorunması haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) də bu gün komitə üzvlərinin müzakirəsinə daxil edilib.

Seçilən
70
teleqraf.com

1Mənbələr