AZ

Meksikadan Kuba gedişi: Neft tədarükü dayandırıldı – ÖZƏL

Olaylar.az xəbər verir ki, Meksika Prezidenti Klaudiya Şeynbaum ölkəsinin Kubaya neft nəqlini müvəqqəti dayandırdığını açıqlayıb. Dövlət başçısı bildirib ki, dövlət neft şirkəti "Pemex" tərəfindən atılan bu addım ümumi tədarük dalğalanmaları ilə bağlıdır və Meksikanın "suveren qərarıdır".

Şeynbaum bu qərarın ABŞ prezidenti Donald Trampın təzyiqi ilə verilmədiyini xüsusi vurğulayıb. Lakin qeyd edək ki, Donald Tramp bundan əvvəl Kuba hökumətinin süquta yaxın olduğunu və Nikolas Maduronun devrilməsindən sonra adanın artıq Venesueladan da neft ala bilməyəcəyini bəyan etmişdi. 

Hazırda rəsmi Mexiko Vaşinqtonun təzyiqlərini inkar etsə də, bu addım regionda yeni siyasi reallıqların göstəricisi kimi qiymətləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
olaylar.az

1Mənbələr