AZ

Hindistanda təyyarə qəzası: Ölənlər arasında nazir müavini də var

Hindistanda təyyarənin hava limanına enişi zamanı idarəetməni itirməsi nəticəsində baş verən qəzada bir ştatın baş nazir müavini Ajit Pavar həyatını itirib.

"Cebheinfo.az" xəbər verir ki, "NDTV"-nin xəbərinə görə, ştatın Pune şəhərində yerləşən Baramati hava limanına eniş etməyə çalışan "Learjet 45" tipli təyyarə idarəetməni itirərək qəzaya uğrayıb.

Təyyarədə olan Maharaştra ştatının baş nazir müavini Ajit Pavar və onu müşayiət edən 5 nəfər hadisə yerində vəfat edib.

Ajit Pavar Maharaştrada fasilələrlə ən uzun müddət xidmət edən baş nazir müavini kimi tanınır.

Hindistanın Baş naziri Narendra Modi, Pavarın ölümü ilə bağlı sosial media hesabında bu sözləri paylaşıb: "(Pavar) Maharaştra xalqına xidmət yolunda ön sıralarda yer alan çalışqan şəxsiyyəti ilə geniş rəğbət qazanmışdı. 

İnzibati məsələlərdəki bacarığı, eləcə də yoxsul və məzlum təbəqənin hüquqlarını qorumaq həvəsi diqqətəlayiq idi. Onun vaxtsız vəfatı çox sarsıdıcı və kədərlidir".

Seçilən
48
cebheinfo.az

1Mənbələr