AZ

“Liverpul” “azərbaycanlı ser Aleks Ferqüsson”la qarşılaşır” – “The Guardian”


İngiltərənin nüfuzlu “The Guardian” qəzeti “Qarabağ” klunun baş məşqçisi Qurban Qurbanovla bağlı yazı dərc edib.
Yeniavaz.com
xəbər verir ki, qəzet yazını “Liverpul” “azərbaycanlı ser Aleks Ferqüsson”la qarşılaşır” başlığı ilə təqdim edib.     
Bununla da, nəşr Qurban Qurbanovu “Mançester Yunayted”in məşhur baş məşqçisi ser Aleks Ferqüssona bənzədib, həmçinin onun Azərbaycanın ser Aleks Ferqüssonu kimi tanındığını bildirib.
Qəzet Qurbanovun dünyanın bir komandada ən uzun müddət fəaliyyət göstərən elit məşqçilərindən birinə çevrildiyini və klubunu Avropa yarışlarında hamının hesablaşdığı bir gücə çevirərək əlamətdar bir imperiya qurduğunu qeyd edib.
Qəzet “Qarabağ”ın Çempionlar Liqasının liqa mərhələsinin son oyun günündə növbəti mərhələyə vəsiqə qazanmaq üçün çox yaxşı şansa malik olduğunu vurğulayıb.
“Onlar 10 xalla 18-ci yerdədirlər və “Marsel”, “Bayer Leverkuzen” və “PSV Eyndhoven” kimi Avropanın güclü komandalarından bir xal qabaqdadırlar. Hətta məğlubiyyət belə pley-offda qalmaq üçün kifayət edə bilər”, - nəşr əlavə edib.
Qəzetin yazdığına görə, bu gün keçiriləcək oyun “Qarabağ”ın Avropada 204-cü oyunu olacaq, hansı ki, bu oyunlardan 190-a Qurbanov rəhbərlik edib.
Seçilən
65
yeniavaz.com

1Mənbələr