AZ

PSJ rəhbərliyi Enrike ilə bağlı qərarını qətiləşdirdi - Danışıqlar başladı

PSJ rəhbərliyi komandanın baş məqşçisi Luis Enrike ilə bağlı qərarını qətiləşdirib.

Fanat.Az xəbər verir ki, informasiyanı "Le Parisien" yayıb.

Məlumata görə, tərəflər müqavilə yeniləmək üçün danışıqlara başlayıblar. Mənbə Fransa nəhənginin idarəçilərinin 55 yaşlı mütəxəssisin maaşını artıra biləcəklərini vurğulayıb. 

İspaniyalı mütəxəssisin indiki sözləşməsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.

Enrike 2023-cü ildən PSJ-də işləyir. Komanda onun rəhbərliyi altında iki dəfə Liqa 1-də, 2 dəfə ölkə kubokunda çempionluq sevinci yaşayıb. Parislilər ötən il UEFA Çempionlar Liqası və UEFA Superkubokunu da qazanıblar.

Seçilən
1
fanat.az

1Mənbələr