Bakı. Trend:
2025-ci ildə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə443 milyon manat kredit verilib.
TrendAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cüillə müqayisədə 2,9 milyon manat və ya 0,7% çoxdur.
Hesabat dövründə fondun yenidən maliyyələşdirdiyi kreditlərinməbləği isə 434,9 milyon manat olub ki, bu da 2024-cü illəmüqayisədə 12,4 milyon manat və ya 2,8% azdır.
Dövr ərzində fondun yerləşdirilmiş istiqrazlarının həcmi 50milyon manat və ya 8,3% artaraq 650 milyon manat təşkil edib.
Bundan başqa, hesabat dövründə dövlət büdcəsindən fonda ayrılmışvəsaitin həcmi isə 2,5 milyon manat və ya 2,8% azalaraq 85,2 milyonmanata bərabər olub.