
Hindistanda qəzaya uğrayan təyyarə qəzasında Maharaştra ştatının baş nazirinin müavini Ajit Pavar da daxil olmaqla beş nəfər həlak olub.
Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, təyyarə Baramati hava limanına eniş etməyə çalışarkən qəzaya uğrayıb və zərbədən alovlanıb.
66 yaşlı Pavarın, iki pilotun, bir cangüdənin və bir stüardessanın həlak olduğu bildirilib. Hindistan Mülki Aviasiya Baş İdarəsi (DGCA) qəzada sağ qalanların olmadığını təsdiqləyib və Pawarın yerli seçki mitinqlərində iştirak etmək üçün səyahət etdiyi məlum olub.
İlahə Qənbərli
Missiya.Az