AZ

Kanada dünya çempionatı üçün vizaların verilməsinə nəzarəti gücləndirəcək

Kanadanın İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq İdarəsi sığınacaq müraciətlərinin artmasının qarşısını almaq üçün bu il keçiriləcək dünya çempionatında iştirak edən xarici vətəndaşlar üçün viza tətbiqini gücləndirib.

Oxu.Az "The Globe and Mail" qəzetinə istinadən xəbər verir ki, nazirlik çempionatla bağlı bütün potensial sığınacaq müraciətlərini yaxından izləyəcək.

Nazirliyin sözçüsü İzabel Dubois bildirib ki, onlar azarkeşlərin niyyətlərinin həqiqiliyini müəyyən etmək üçün onların viza müraciətlərini nəzərdən keçirəcək:

"Oyun biletlərinə sahib olmaq vizaya zəmanət vermir. Sərhəd nəzarəti rəsmiləri turnirdən sonra vətənə qayıtmağı planlaşdırmadıqlarından şübhələnsələr, iştirakçıların girişinə icazə verilməməsi mümkündür".

Qəzetin məlumatına görə, Eritreya hakimiyyəti daha əvvəl milli futbol komandasının dünya çempionatının seçmə mərhələsində iştirakından imtina etmişdi, çünki oyunçuların səyahət edərkən başqa ölkələrdə sığınacaq almağa cəhd edəcəyindən narahat idi.

2010-cu ildə Kanadanın Vankuver şəhərində keçirilən Qış Olimpiya Oyunları zamanı tədbir təşkilatçıları da daxil olmaqla, doqquz ölkədən 22 nəfər sığınacaq üçün müraciət etmişdi.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək. Turnirdə ilk dəfə 48 komanda iştirak edəcək.

"Cebheinfo.az"

Seçilən
25
cebheinfo.az

1Mənbələr