AZ

Kaluqada keçmiş “Volkswagen” zavodunda güclü yanğın BAŞLADI – FOTO/VİDEO

Kaluqada keçmiş “Volkswagen” zavodunda güclü yanğın başlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiyanın Kaluqa şəhərində yerləşən keçmiş “Volkswagen” avtomobil zavodunda genişmiqyaslı yanğın baş verib.

Məlumata görə, alovun sahəsi artıq 4000 kvadratmetrə çatıb.

İlkin məlumatlara görə, yanğın kuzov sexində plastikin alışması ilə başlayıb. Daha sonra alov binanın daxili üzləməsində istifadə olunan penoplast (köpük plastik) materialına keçərək sürətlə yayılıb.

Hadisə yerinə çox sayda yanğınsöndürmə briqadası cəlb olunub.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
11
interpress.az

1Mənbələr