Sənədə görə, Rusiyanın əsas məqsədi - qlobal təsirini artırmaq - dəyişməz qalır. Kreml Qərb liberal demokratiyasını təhdid kimi qiymətləndirir və Ukraynadakı müharibə, digər münaqişələr və hibrid təsir alətləri vasitəsilə Qərbi zəiflətməyə çalışır.
İcmalda vurğulanır ki, Rusiyanın diqqəti keçmiş SSRİ məkanına, xüsusilə Ukraynadakı müharibəyə yönəlib. Belarus Moskvanın sərt nəzarəti altında qalır. Moldovada 2025-ci ilin payızında keçirilən parlament seçkilərində pro-Avropa qüvvələr qalib gəlsə də, Rusiya hibrid təsir metodları və Dnestryanı münaqişədən istifadə etməklə siyasi təsirini artırmaq cəhdlərini davam etdirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31