AZ

“Azərbaycan birinciliyinin səviyyəsi daha yüksəkdir”

ain.az, futbolpress-az saytına istinadən bildirir.

“Sumqayıt” Basketbol Klubunun oyunçusu Cey Cey Kolakon klubun mətbuat xidmətinə müsahibə verib.

Futbolpress.az xəbər verir ki, o, ölkəmizə gəlişindən və çempionatın səviyyəsindən danışıb.

– Azərbaycan sənin oynadığın ilk əcnəbi ölkə deyil. Yaxşısı budur özün harada oynamağın haqda məlumat ver…

– Finlandiyada peşəkar karyeramın ilk ili mənim üçün çətin keçdi. Meydanda az vaxt alırdım. Amma sonradan komandamı dəyişdim və kollektivin əsas üzvlərindən birinə çevrildim. Azərbaycandan mənə təklif bir qədər gec gəldi. Artıq mövsümün gedişi idi. Yəni, dekabrda bura gəlmişəm. Burada ilk vaxtlar meydanda daha az vaxt keçirdim. Amma mən şans qazanacağıma inanırdım, belə də oldu. Artıq baş məşqçimiz mənə güvənir. Düşünürəm ki NTD ilə kubok matçında mən daha xoş təsir bağışladım.

– Sumqayıt, Bakı, bir sözlə Azərbaycan haqqında nə deyə bilərsiniz?

– Bakı çox gözəl şəhərdir. Memarlıq üslubuna söz ola bilməz. Mən bu şəhəri tam gəzmişəm. Sumqayıta gəlincə… Mən Cənubi Sudandanam, köküm Misirə də gedib çıxır. Sumqayıt həmin yerlərə çox bənzəyir. Mentalitet, insanların həyat tərzi çox oxşardır. Ona görə də burada özümü rahat hiss edirəm.

– Komandamız və çempionatın səviyyəsi haqqında fikirləriniz maraqlıdır…

– Azərbaycan Basketbol Liqasının səviyyəsi çox yüksəkdir. Mənim ABŞ-da oynadığım kollec liqasının səviyyəsindən heç də geri deyil və bu da mənim xoşuma gəlir. Komandamıza gəlincə, hər bir oyunçumuz topu özünə götürüb matçın müqəddəratını həll edə bilər.

– Bəs bizim çempionat Finlandiya liqasından yüksəkdir?

– Bəli, Finlandiya çempionatı ilə müqayisədə Azərbaycan birinciliyinin səviyyəsi daha yüksəkdir. Burada komandalar oyunlarını daha çox forvard və mərkəz oyunçuları üzərində qurur. Finlandiyada isə oyun qurucuları və müdafiəçilər ön plana çıxır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
futbolpress.az

1Mənbələr