AZ

Ağac kəsərək tikinti edən Orbita MTK-nı hansı cəzalar gözləyir? - QANUN

Orbita MTK-nın Bakının Bəkir Çobanzadə küçəsində yerləşən kompleksində ağacları kəsərək yeraltı qaraj inşa etdiyi barədə sizlərə xəbər vermişdik. Bundan sonra sözügedən şirkət tərəfimizi məhkəməyə verəcəyi barədə bizə məlumat verdi. Biz, buna ikiəlli razıyıq. Çünki faktlara söykənən yazıya görə cavabdehik və məsuliyyətini də daşıyırıq.

Kommersant.az bu kimi yazılara görə "gündə 50 dəfə" məhkəməyə verilir. Bu, bizim üçün adi haldır. Qarşı tərəf əlində icazəsinin olduğunu və qarajın inşası ilə bağlı müvafiq qurumların xəbərdar olduğunu iddia edərək məhkəməyə üz tutacaq. Normal haldır. Hər bir Azərbaycan vətəndaşının şikayət etmək kimi hüququ var. Bizə maraqlı olan budur ki, hansı dövlət qurumu Orbita MTK-ya 70 illik Eldar şamlarını kəsməyə icazə verib. Axı sözügedən tərəf də məhkəmədə iştirak etməlidir. Əslində fərqi yoxdur. Ya vəlvələdən, ya zəlzələdən bu ərazidəki ağaclar kəsilib. Ağacları kəsmək isə Azərbaycan Respublikasının cinayət məcəlləsinin 259 -cu maddəsinə görə 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Təkrar törədildikdə isə 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası var. Eyni zamanda İnzibati Xətalar Məcəlləsində ağacları kəsən hüquqi şəxslərə 20.000 manatdan 50.000 manatadək, təkrar törədildikdə isə 30.000 manatdan 60.000 manatadək cərimə tətbiq edilir. Əgər Orbita MTK kəsdiyi ağacları qanuni adlandırır və kürəyini dövlət qurumlarına söykəyirsə, o zaman bu məbləği də o söykəndiyi qurumlar dövlətin büdcəsinə ödəməlidir.

Yuxarıda qeyd etdiyimiz "təkrar törədildikdə" sözü əbəs yerə deyil. Çünki, Qara Qarayev ərazisində Orbita MTK bina tikə bilmək üçün bir neçə ağacın yaşamına son verməli olub. Digər yazıda da olduğu kimi kəsilən ağacların şəklini yazının aşağı hissəsinə əlavə edirik. Bir daha bildirmək istəyirik ki, bu yazılar aysberqin görünən hissəsidir və sözügedən MTK-nın Bakıda qətl etdiyi ağacların hər biri barədə məlumatlar paylaşılacaq. Həftəsonu isə bu məsələni hüquqi müstəviyə daşıyaraq prezident İlham Əliyevə şəkillərlə birlikdə yekun yazılı müraciət ünvanlanacaq. Çünki, bu kimi tikinti şirkətlərinə dur deyən olmasa, yaxın illərdə Bakıdakı yaşıllıqların sayı ciddi şəkildə azalacaq. Axı 20-ci ərsin əvvəllərində şəhərimizdə qonaq olan Makism Qorkin demişdi ki, "mən Bakıda 2-3 ədəd ağac gördüm". Bax bu sözü təkrar kim və ya kimlərsə tərəfindən eşitməmək üçün.

Yazını ulu öndər Heydər Əliyevin sözləri ilə tamamlayırıq: "Bakıda bir ağacı əkib böyütmək bir övladı böyütməyə bərabərdir".

Ardı var...

.media-content {

width: 100%;

padding: 40px 0;

}

.media-content a {

display: inline-block;

width: 25%;

padding: 2.5px 5px 2.5px 0;

float: left;

}

Seçilən
26
kommersant.az

1Mənbələr