AZ

"Bəzi valideynlər övladlarını xarici dilli dayələrə etibar edirlər" - Deputat

Azərbaycanda valideynlər qarşısınsda öz övladlarına ana dilini təbliğ etmək öhdəliyi qoyulmalıdır. 

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan “Uşaq hüquqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Naqif Həmzəyev deyib.

O bildirib ki, qanunda ana dili məsələsi öz əksini tapmalıdır: “Bəzi valideynlər öz övladlarını xarici dilli dayələrə etibar edirlər ki, bu da gələcəkdə fəsadlar yarada bilər. Bu məsələ mütləq qanunla tənzimlənməlidir".

Anar Kəlbiyev

Seçilən
15
1
unikal.az

2Mənbələr