Milli Kəşfiyyat Təşkilatı (MİT) və Təhlükəsizlik Baş İdarəsi tərəfindən koordinasiya edilən əməliyyatda İran kəşfiyyatı adından "siyasi və hərbi casusluq" fəaliyyətləri həyata keçirdiyi müəyyən edilən altı şübhəli saxlanılıb.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, İran İnqilab Keşikçiləri Korpusunun (İİKK) kəşfiyyat heyəti ilə əlaqəli şəbəkə Terrorla Mübarizə Şöbəsi Müdirliyi və Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən aparılan birgə əməliyyat çərçivəsində aşkar edilib.
Texniki və fiziki müşahidə nəticəsində şübhəlilərin Türkiyədəki hərbi bazalar və strateji əhəmiyyətli ərazilər, eləcə də xaricdəki vacib yerlər haqqında məlumat topladığı aşkar edilib.
Şübhəlilərin Adanadakı İncirlik Hava Bazasını hədəf alan kəşfiyyat və müşahidə fəaliyyətləri apardıqları və topladıqları kəşfiyyat və logistika məlumatlarını İran kəşfiyyat xidmətinə ötürdükləri müəyyən edilib.
İstintaq zamanı həmçinin şübhəlilərin əməliyyat məqsədləri üçün Türkiyə üzərindən üçüncü ölkələrə silahlı pilotsuz uçuş aparatlarının (PUA) göndərilməsini izlədikləri və bu fəaliyyətlərin aşkarlanması üçün çalışdıqları aşkar edilib.
Baş Prokurorluğun təlimatlarına əsasən hərəkət edən qruplar İstanbul, Van, Samsun, Yalova və Ankaradakı ünvanlarda eyni vaxtda əməliyyatlara başlayıblar. Casusluq fəaliyyətində iştirak edən altı şübhəli tutularaq nəzarətə götürülüb.
QAZİLER.AZ