AZ

Pxenyan modernləşdirilmiş reaktiv yaylım atəş sistemini sınaqdan keçirib

Yanvarın 27-də KXDR ordusu təkmilləşdirilmiş iri çaplı reaktiv yaylım atəş sistemini sınaqdan keçirib.

Herbiand.az bildirir ki, bu barədə KCNA xəbər məlumat verib.

"KXDR Baş Raket İdarəsi 27 yanvarda yeni texnologiyanı özündə birləşdirən təkmilləşdirilmiş iri çaplı reaktiv yaylım atəş sisteminin effektivliyini yoxlamaq üçün sınaq atışları keçirib”, - şimali koreyalı jurnalistlər bildiriblər.

Onlar qeyd ediblər ki, atılan dörd raket buraxılış yerindən 358,5 kilometr məsafədə yerləşən dəniz hədəflərinə güclü zərbə vurub. Şimali Koreya lideri Kim Çen In sınağı müşahidə edib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
2
herbiand.az

1Mənbələr