Avstraliyanın Milad adasında xərçənglərin miqrasiyası baş verir. Bu hadisə dünyada təbiətşünasların diqqətini çəkib.
Publika.az xəbər verir ki, hazırda adada milyonlarla qırmızı xərçəng balaları var.
Heyvanlar suda gizlənən təhlükələrdən qaçmaq üçün dənizdən cəngəlliyə doğru hərəkət edirlər.
"People" jurnalının məlumatına görə, xərçəngkimilərin bu kütləvi köçü onların sağ qalması üçün ümid yaradır.