AZ

Dağıstanda təhlükəsizlik qüvvələrinə silahlı hücum olub, 2 nəfər zərərsizləşdirilib

Dağıstanın Qarabudaqkənt rayonunda iki naməlum şəxs təhlükəsizlik qüvvələrinə atəş açıb.

APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, Rusiya Hərbi Milli Polisindən olan mənbə bildirib ki, hücum edənlər atışma zamanı zərərsizləşdirilib.

Hadisə yerində iki tapança, bir Kalaşnikov avtomatı və bir partlayıcı qurğu tapılıb.

Mənbə əlavə edib ki, şəxsi heyət arasında itki olmayıb.

Seçilən
45
2
apa.az

5Mənbələr