"Qarabağ"ı yaxından izləyən insanlar üçün bu nəticələr böyük sürpriz deyil".
Moderator.az xəbər verir ki, bu barədə "Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç Futbolinfo.az-a müsahibəsində qeyd edib.
O bildirib ki, klub uzun illərdir ki, inkişaf edir:
"Klub uzun illərdir, eyni baş məşqçi ilə, aydın oyun fəlsəfəsi və güclü komanda ruhu ilə ardıcıl şəkildə inkişaf edir. Bəlkə də, geniş futbol ictimaiyyəti üçün bu irəliləyiş gözlənilməz görünür, amma klub daxilində proses çox məntiqlidir".
"Təbii ki, təcrübəsinə və heyətinin dərinliyinə görə favorit "Liverpul"dur. Amma "Qarabağ" son illərdə güclü Avropa komandalarına qarşı rəqabət apara bildiyini dəfələrlə sübut edib. Əgər komanda intizamlı oynasa, səhvləri minimuma endirsə və yaranan imkanlardan düzgün istifadə etsə, oyunu son fitə qədər gərgin saxlaya və şanslarını qoruya bilər", - deyə Beqoviç vurğulayıb.
Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 29-da Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.