AZ

Suriya prezidenti Moskvaya gəldi

Suriyanın keçdi dövrü prezidenti Əhməd Əl Şaraa Moskvaya səfər edib.

Publika.az xəbər verir ki, bu barədə “Rossiya-24” telekanalı məlumat yayıb.

Suriya liderinin təyyarəsi Vnukovo hava limanına enib. Əl Şaraanı Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin qarşılayıb.

Kremlin mətbuat xidmətindən bildirilib ki, Rusiya prezidenti Vladimir Putin suriyalı həmkarı ilə danışıqlar aparacaq. Görüşdə ikitərəfli əlaqələrin vəziyyəti və perspektivləri, eləcə də Yaxın Şərqdəki mövcud vəziyyət müzakirə olunacaq.

Seçilən
36
publika.az

1Mənbələr