AZ

DÇ-2026 üçün viza nəzarətini gücləndirdilər

style='margin-bottom:10px;'>

Kanada hökuməti 2026-cı il futbol üzrə dünya çempionatı oyunlarını izləmək istəyən azarkeşlərin viza müraciətlərini daha ciddi yoxlayacaq. 

QOL.az xəbər verir ki, bu barədə "The Globe and Mail" qəzeti ölkənin Miqrasiya, Qaçqınlar və Vətəndaşlıq Nazirliyinin rəsmilərinə istinadla məlumat yayıb.

Məlumata görə, tədbir turnir zamanı sığınacaq üçün müraciətlərin artmasının qarşısını almağa yönəlib.

Nazirlik futbol azarkeşlərinin müraciətlərini xüsusilə diqqətlə qiymətləndirir. Hətta oyun bileti sahibi olmaq vizanın verilməsini və ya ölkəyə maneəsiz girişini təmin etmir. Viza rəddinin əsas səbəbi olaraq turistin turnir başa çatdıqdan sonra ölkəsinə qayıdacağına şübhə duyması göstərilə bilər.

Miqrasiya, Qaçqınlar və Vətəndaşlıq Nazirliyinin rəsmi nümayəndəsi İzabel Dübua bildirib: “Miqrasiya, Qaçqınlar və Vətəndaşlıq Nazirliyi FIFA tədbirləri ilə bağlı sığınacaq üçün mümkün müraciətləri diqqətlə izləyəcək. Belə tədbirlər, o cümlədən dünya çempionatları, sığınacaq üçün yol hesab edilə bilməz”.

2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixləri arasında ABŞ, Kanada və Meksikada keçiriləcək.

Seçilən
25
1
teleqraf.com

2Mənbələr