Bakı. Trend:
2025-ci il ərzində dövlət büdcəsinin gəlirləri 39,131 milyardmanat təşkil etməklə 2024-cü illə müqayisədə 5,3 faiz və ya 1,969milyard manat çox icra edilib.
Trend bubarədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlətbüdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri24,650 milyard manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə269,3 milyon manat və ya 1,1 faiz çoxdur.
Dövlət büdcəsinin gəlirlərinin 16,353 milyard manatı və ya 41,8faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 14,481 milyardmanatı və ya 37,0 faizi Dövlət Neft Fondundan dövlət büdcəsinətransfertin, 6,370 milyard manatı və ya 16,3 faizi gömrükorqanlarının xətti ilə daxilolmaların, 679,7 milyon manatı və ya1,7 faizi dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarınödənişli xidmətlərindən daxilolmaların, 46,2 milyon manatı və ya0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların,1,201 milyard manatı və ya 3,1 faizi isə sair daxilolmaların payınadüşür.
2025-ci il üzrə dövlət büdcəsinin gəlirləri 2024-cü illəmüqayisədə Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlətbüdcəsinə transfert üzrə 1700,0 milyon manat və ya 13,3 faiz, vergiorqanlarının xətti ilə daxilolmalar üzrə 545,5 milyon manat və ya3,5 faiz, dövlət əmlakının icarəyə verilməsindən və sairdaxilolmalar üzrə 120,8 milyon manat və ya 10,7 faiz, dövlətbüdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindəndaxilolmalar üzrə 131,8 milyon manat və ya 24,1 faiz çox, gömrükorqanlarının xətti ilə daxilolmalar üzrə 278,8 milyon manat və ya4,2 faiz az vəsait daxil olub.