AZ

Ancelina Coli İrandakı etirazlara səssiz qalmadı

Amerikalı Hollivud ulduzu Ancelina Coli İran xalqının etiraz etmək hüququna açıq dəstək verib və ölkədə tutulan nümayişçilərin azadlığa buraxılmasına çağırıb.

Missiya.Az xəbər verir ki, o bu barədə özünün “Instagram” sosial media hesabında paylaşım edib.

Ameriaklı ulduz İranın Fars əyalətinin Nurabad şəhərində öldürülən 30 yaşlı etirazçı Pərisa Ləşkərinin ağlayan azyaşlı qızının fotosunu paylaşıb. Paylaşım qısa müddətdə geniş rezonans doğurub.

Ancelina Coli şəklin başlığında yazıb:

“Heç bir uşaq belə bir ağrı çəkməməlidir. Ümid edirəm ki, anasının xatirəsi ehtiramla yad ediləcək və həqiqət - mülki şəxslərin qorunması, məsuliyyət və onu axtaran hər kəs üçün daha böyük azadlıq yolu ilə üzə çıxacaq”.

Daşqın HəsənovMissiya.Az

Seçilən
43
missiya.az

1Mənbələr