AZ

Orban Ukraynaya meydan oxudu: Bu pullar macar xalqınındır

Ukrayna hakimiyyəti həddi aşıb, lakin Budapeşt Kiyevə Avropa İttifaqı tərəfindən maliyyə vəsaiti ayrılmasına qarşı mövqeyindən geri çəkilməyəcək.

Publika.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban sosial şəbəkə hesabında yazıb.

“Ukrayna rəhbərliyi həddi aşdı. Biz münaqişə axtarmırdıq, amma Macarıstan artıq bir neçə gündür təhlükə altındadır”, - Orban qeyd edib.

Baş nazirin sözlərinə görə, Ukrayna prezidenti və xarici işlər nazirindən gələn təhdidlər Macarıstanın öz xalqının maraqlarını müdafiə etməsinə mane olmayacaq. Orban vurğulayıb ki, Budapeşt Kiyevə maliyyə yardımı göstərməyəcək, çünki bu vəsaitlər macar ailələrinə məxsusdur.

Seçilən
2
publika.az

1Mənbələr