Qusar Rayon İcra Hakimiyyəti başçısının rayonun 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Quba-Xaçmaz Regional Təhsil İdarəsinin fəaliyyəti ilə bağlı açıq narazılıq ifadə etməsi diqqət çəkib. Eyni zamanda, Quba və Xaçmaz rayonlarında keçirilən hesabat yığıncaqlarında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin nümayəndəsi tərəfindən də regional təhsil idarəsinin fəaliyyəti ilə bağlı narazılıqlar səsləndirilib.
Paytaxt.org xəbər verir ki, bu gün Qusar Rayon İcra Hakimiyyətinin rəsmi sosial şəbəkə səhifəsində AzEdu.az Təhsil Portalı tərəfindən keçirilmiş “Ən uğurlu regional təhsil idarəsi” adlı sorğunun nəticələri paylaşılıb. Sorğunun nəticələrinə əsasən Quba-Xaçmaz Regional Təhsil İdarəsi 0.31 faiz səs toplayaraq siyahıda sonuncu yerdə qərarlaşıb.
Qusar RİH-nin rəsmi paylaşımında qeyd olunub ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin 0.31 faiz səslə sonuncu yerdə qərarlaşması təsadüfi hesab edilmir. Bu məqam paylaşımda xüsusi olaraq vurğulanıb.
Bildirilib ki, sorğu ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən regional təhsil idarələrinin ötən il ərzindəki fəaliyyətinə ictimai münasibətin öyrənilməsi məqsədilə keçirilib. Sorğuda şagirdlər, müəllimlər, valideynlər və digər təhsil ictimaiyyəti nümayəndələri iştirak edib, on minlərlə səs qeydə alınıb.
Qeyd edək ki, Qusar rayonu Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan əsas inzibati ərazilərdən biridir. Bu baxımdan Qusar Rayon İcra Hakimiyyəti başçısının müxtəlif platformalarda səsləndirdiyi narazılıqlar ilə sorğunun nəticələri arasında uyğunluq müşahidə olunur.
Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsinin mövqeyi hələlik açıqlanmayıb.
Xəbərə Qusar Rayon İcra Hakimiyyətinin rəsmi paylaşımına aid görüntü də əlavə edilib. //BakuNews.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta