Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Vyetnamın mərkəzi hissəsində yerləşən Dak Lak əyalətində təlim uçuşu həyata keçirən hərbi təyyarə dağlıq əraziyə düşüb.
"Cebheinfo.az" xəbər verir ki, Vyetnam Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Hərbi Hava Qüvvələrinə məxsus YAK-130 tipli təyyarə planlı təlim tapşırığı üçün yerli vaxtla saat 07:27-də havaya qalxdıqdan qısa müddət sonra texniki nasazlıq səbəbindən əlaqə kəsilib.
Bildirilib ki, texniki nasazlığı aradan qaldıra bilməyən pilot təyyarəni yaşayış məntəqələrindən uzaqlaşdıraraq təhlükəsiz zonaya yönləndirdikdən sonra katapult sistemindən istifadə edib.
Hon Vin dağlıq ərazisinə düşən təyyarənin yaşayış məntəqələrinə zərər vermədiyi, yerli əhalinin köməyi ilə xəstəxanaya çatdırılan pilotun sağlamlıq vəziyyətinin isə stabil olduğu bildirilib.
Qəzanın səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmalar başlayıb.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.