Bakivaxti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Avtomobil qəzasından sonra ilk saatlarda ağrının hiss olunmaması orqanizmdə adrenalinin yüksəlməsi ilə bağlıdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Baş direktorunun müavini - baş həkim Nizami Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, qəza baş verən an insan orqanizmində hormonal balans kəskin şəkildə dəyişir və xüsusilə adrenalin hormonu yüksək səviyyədə ifraz olunur. Bu hormon bədənin həmin anda ağrıları hiss etməsinin qarşısını almağa, arterial təzyiqi və ümumi vəziyyəti stabilləşdirməyə çalışır.
Nizami Məmmədov bildirib ki, müəyyən vaxt keçdikdən sonra toxumalarda şişkinlik, ödem və ya sınıq nahiyəsində gərginliyin artması ağrı hissinin tədricən meydana çıxmasına səbəb olur. Məhz bu səbəbdən bəzi şəxslər qəzadan dərhal sonra deyil, saatlar və ya günlər sonra ağrıları hiss etməyə başlayırlar.
Baş həkim vurğulayıb ki, sümük tamlığının pozulduğu hallarda isə vəziyyət fərqlidir və bu tip travmalarda adətən qəza anından etibarən güclü ağrılar müşahidə olunur.
Zeynəb Rzayeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.