İngiltərənin “Vest Hem” klubu İspaniya millisinin vingeri Adama Traorenin transferini rəsmən elan edib.
Apasport.az xəbər verir ki, 30 yaşlı futbolçu Premyer Liqanın digər təmsilçisi “Fulhem”dən London klubunun heyətinə qoşulub.
Transferin maliyyə detalları açıqlanmayıb.
Qeyd edək ki, “Barselona” akademiyasının yetirməsi olan Traore 2015-ci ildən Premyer Liqada “Aston Villa”, “Midlsbro”, “Vulverhempton” və “Fulhem” formaları ilə 262 oyuna çıxıb. O, bu qarşılaşmalarda 14 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.
“Mançester Siti” “Milan”ın təklifini rədd edib
Con Duran Avropa klublarının hədəfində
İlkay Gündoğan: “Siti" ilə qarşılaşma mənim üçün qəribə olacaq"
"Qarabağ" "Liverpul" səfərində - YENİLƏNİR
Paulo Maldininin oğlu A Seriyasında klubunu dəyişib