AZ

Rusiyada hərbi komissarlığı yandırmaq istəyən 14 yaşlı yeniyetməyə 7 il həbs cəzası verilib

Rusiyanın Tver vilayətində 14 yaşlı yeniyetmə hərbi komissarlığı yandırmağa cəhd etdiyinə görə yeddi il həbs cəzasına məhkum edilib.

APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, yeniyetmə terror təşkilatında iştirak etmək və terror aktı törətməyə cəhddə ittiham olunub.

Müstəntiqlərin sözlərinə görə, 2025-ci ilin may ayında yeniyetmə Ukrayna kəşfiyyatının təlimatı ilə üç "Molotov kokteyli" hazırlayaraq inzibati binanı yandırmağa cəhd edib. Onun cəhdinin qarşısı İstintaq Komitəsi və "FSB" əməkdaşları tərəfindən qarşısı alınıb

Seçilən
12
2
apa.az

3Mənbələr