AZ

Bu gün Xalq şairi Vaqif Səmədoğlunun anım günüdür - Cavid Vəkilov

Bu gün Azərbaycanın görkəmli xalq şairi, əməkdar incəsənət xadimi və siyasətçisi Vaqif Səmədoğlunun anım günüdür.

Vaqif Səmədoğlu yalnız poeziyanın deyil, həm də dramaturgiyanın incəliklərini fəlsəfi düşüncə, insanın daxili aləmi və bəşəri duyğularla ustalıqla birləşdirən nadir sənətkarlardandır. Onun şeirlərində zamanın keçiciliyi, yaddaşın dərin qatları, varlıq və həyat sualları incə, lakin möhtəşəm poetik dil ilə ifadə olunur. Dram əsərləri cəmiyyəti düşündürən, insan münasibətlərinin mürəkkəbliyini açan, publisistik yazıları isə çağdaş həyatın problemlerini, milli və bəşəri mövzuları diqqətə gətirən nümunələrdir. Beləliklə, Vaqif Səmədoğlu ədəbi irsimizi həm mənəvi zənginlik, həm də intellektual dərinlik baxımından bənzərsiz bir xəzinə ilə zənginləşdirib.

2019-cu ildə Azərbaycan alimi, filologiya üzrə fəlsəfə doktoru, şairin həyat yoldaşı, Nüşabə Babayeva-Vəkilovanın təşəbbüsü ilə şairin yaradıcılığını, irsini və xatirəsini yaşatmaq üçün Vaqif Səmədoğlu Mərkəzi və Vaqif Səmədoğlu medalı təsis olunub.

Vaqif Səmədoğlunun xatirəsini və ədəbi irsini yaşatmaq biz gənclərin borcudur. Onun poeziyası bu gün də düşünən, axtaran və dəyərlərinə sahib çıxan gəncliyin formalaşmasına xidmət edir.

Şair 28 yanvar 2015-ci ildə 75 yaşında vəfat edib və Birinci Fəxri Fiyabanda dəfn olunub. Allah rəhmət etsin!

 

Cavid Vəkilov

 

Seçilən
30
qht.az

1Mənbələr