AZ

Qızıl buna görə sürətlə bahalaşır

Qızılın bir unsiyasının qiymətinin 5 200 dollardan yuxarı qalxmasının əsas səbəblərindən biri qiymətli metala olan tələbatın kəskin artmasıdır.

Publika.az xəbər verir ki, bu barədə rusiyalı iqtisadçı Mixail Xazin bildirib.

Onun sözlərinə görə, bu proses ABŞ maliyyə elitasının xəzinə istiqrazlarını qızılla əvəzləmək planları fonunda baş verir.

Xazin deyib ki, bu addım zəruri xarakter daşıyır. Çünki xəzinə istiqrazlarından əldə edilən gəlir artıq mövcud inflyasiya səviyyəsini kompensasiya etmir. Bu səbəbdən iri institusional oyunçular likvidliyi qorumaq üçün yeni alətlər axtarmağa məcbur qalıblar.

Ekspertin fikrincə, qızıla yüksək tələbatın saxlanılması qərarı da məqsədyönlüdür. Belə ki, nisbətən az miqdarda qızıl bütün yığılmış xəzinə öhdəliklərini kompensasiya edə bilir və məhz buna görə onun qiyməti süni şəkildə yüksəldilir.

Seçilən
15
publika.az

1Mənbələr