Emin Ağalarov əfsanəvi Devid Foster ilə birlikdə "Maybe Tomorrow” layihəsini təqdim edir.
Musiqiçinin mətbuat xidmətindən Hafta.az-a verilənxəbərə görə, Azərbaycanın Xalq artisti Emin Ağalarov (EMIN) əfsanəvi prodüser Devid Foster ilə əməkdaşlıq etdiyi və 2026-cı ilin mart ayında çıxacaq ingilisdilli "Maybe Tomorrow” (“Bəlkə də sabah") albomundan ilk rəsmi sinql olan yeni mahnısını təqdim edib.
Mahnı siyahısına dünya hitlərinin 12 kaveri daxildir - illərdir ictimaiyyət tərəfindən sevilən Amanda Holden, Andrea Corr, Richard Marx və Sheila E. kimi sənətçilərlə" əməkdaşlığın nəricəsi oian "You Are So Beautiful", "It's Impossible", "Love Story mahnılarıdır.
Albom artıq
linkində.
"Somethin' Stupid" britaniyalı aktrisa və müğənni Amanda Holden ilə birlikdə ifa etdiyi duetdir. Sənətçilər klassik hitə müasir bir yanaşma ifa ediblər. Mahnı Frank və Nensi Sinatra tərəfindən məşhurlaşdırılıb və daha sonra Robbi Uilyams və Nikol Kidman tərəfindən yenidən canlandırılıb.
EMIN və Amanda Holdenin ifa etdiyi "Somethin' Stupid" mahnısı orijinalın romantik atmosferini dəbli musiqi elementləri ilə birləşdirərək dinləyicilərə tanış bir melodiyaya yeni bir baxış təqdim edir.
Ayəndə Dadaşova